Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı Aratlı Curuğlu və Rəhimli kəndlərində səyyar qəbullar keçirib

23 oktyabr 2025 | 17:36

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 22 oktyabr 2025-ci il tarixdə rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Aratlı Curuğlu və Rəhimli kəndlərində səyyar qəbullar keçirib.
     Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə suvarma suyu, təbii qaz və elektrik ilə təchizatın yaxşılaşdırılması, subartezian quyularının və suvarma kanallarının təmiri, Aratlı Curuğlu kəndi ilə Maşadqanlı kəndini birləşdirən avtomobil yolunun təmiri, işlə təminat, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər