Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı Aparatında, Bico və Ərəbuşağı kəndlərində vətəndaş qəbulları keçirilib

06 fevral 2026 | 16:22

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 03.02.2026-cı il tarixdə RİH başçısı Aparatında vətəndaşları qəbulu edib, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə  04.02.2026-cı il tarixdə Bico kəndində, 05.02.2026-cı il tarixdə Ərəbuşağı kəndində səyyar qəbullar keçirib.

       Qəbullarda vətəndaşlar tərəfindən içməli, suvarma suyu, internet və elektrik təchizatının yaxşılaşdırılması, suvarma kanallarının təmiri və lildən təmizlənməsi, Ağsu-Çaparlı-Göylər avtomobil yolunun və Ərəbuşağı kəndində daxili yolların təmiri, Bico kəndində daxili elektrik verilişi xəttlərinin kabelləşdirilməsi, Ərəbuşağı kəndinin yaxınlığında pay torpaq sahələrinə atılmış məişət tullantılarının toplanması və ərazidən uzaqlaşdırılması, işlə və maddi yardımla təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

        Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər