Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı Ağsu şəhərində səyyar qəbul keçirib

14 mart 2024 | 16:30

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Ağsu şəhərində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması, sahibsiz küçə itlərinin zərərsizləşdirilməsi, mənzillə təmin olunma, bir sıra sakinlərin işlə təminatı, ünvanlı dövlət sosial yardımının verilməsi, avtomobil yollarının təmiri, maddi yardım verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər