Ağsu RİH başçısı 28 mart 2024-cü il tarixdə Ləngəbiz və Qəşəd kəndlərində səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 28 mart 2024-cü il tarixdə Ləngəbiz və Qəşəd kəndlərində səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun təmiri, içməli və suvarma suyu, elektrik, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, Qəşəd kənd tam orta məktəbində bəzi fənn müəllimlərinin çatışmazlığı, bir sıra sakinlərin işlə təminatı, ünvanlı dövlət sosial yardımı, əkin sahələrinin ziyanvericilərdən zərərsizləşdirilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.