Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 26.05.2026-cı il tarixdə Cəfərli kəndində səyyar qəbul keçirib

27 may 2026 | 18:03

        Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 26.05.2026-cı il tarixdə Cəfərli kəndində səyyar qəbul keçirib.
       Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik və içməli su təchizatının yaxşılaşdırılması, suvarma kanallarının təmiri və lildən təmizlənməsi, taxıl biçini mövsümü zamanı kombaynla təmin olunma, özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu mal-qara verilməsi, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
       Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər