Ağsu RİH başçısı 24.04.2026-cı il tarixdə Abasxanlı kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 24.04.2026-cı il tarixdə Abasxanlı kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik və içməli su təchizatının yaxşılaşdırılması, suvarma kanallarının təmiri və lildən təmizlənməsi, Abasxanlı kəndindən keçən magistral avtomobil yoluna radar qoyulması, özünüməşğulluq proqramı çərçivəsində xırda buynuzlu heyvanlar verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







