Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 24 iyun 2025-ci il tarixdə Qarabağlı kəndində səyyar qəbul keçirib

25 iyun 2025 | 15:31

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 24 iyun 2025-ci il tarixdə Qarabağlı kəndində səyyar qəbul keçirib.
   Səyyar qəbulda vətəndaşlar tərəfindən Qarabağlı kəndində subartezian quyusunun qazılması, Qarabağlı kəndi ərazisindən keçən Şor kanalın lildən təmizlənməsi, Qarabağlı kənd ümumi orta məktəbinin qarşısından keçən avtomobil yolun üzərində radar və ya piyada zolaqlarının quraşdırılması, kəndin elektrik, təbii qaz təchizatının yaxşılaşdırılması, maddi yardım edilməsi, ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər