Ağsu RİH başçısı 24 dekabr 2024-cü il tarixdə Ağarx kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 24 dekabr 2024-cü il tarixdə Ağarx kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik təchizatının yaxşılaşdırılması, suvarma arxının lildən təmizlənməsi, subartezian quyusunun qazılması, əkin sahələrində ziyanvericilərin zərərsizləşdirilməsi, bir sıra sakinlərə maddi yardım və ünvanlı dövlət sosial yardımının təyini, eləcə də işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.