Ağsu RİH başçısı 23.07.2026-cı il tarixdə Hacıman kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 23.07.2026-cı il tarixdə Hacıman kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik təchizatının yaxşılaşdırılması, kənddaxili avtomobil yollarının təmiri, bağçılıq fəaliyyətinə kömək məqsədilə subsidiyanın verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaş müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







