Ağsu RİH başçısı 23.04.2025-ci il tarixdə Abasxanlı və Qiyaslı kəndlərində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 23.04.2025-ci il tarixdə Abasxanlı və Qiyaslı kəndlərində səyyar qəbullar keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən tibb məntəqəsi üçün binanın tikintisi, kəndin elektrik və təbii qaz təchizatının yaxşılaşdırılması, suvarma arxlarının lildən təmizlənməsi, modul tipli sutəmizləyici qurğunun quraşdırılması, suötrücü boru quraşdırılması, ünvanlı dövlət sosial yardımın verilməsi, işlə təminatla bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.