Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 23 yanvar 2025-ci il tarixdə Muradlı kəndində səyyar qəbul keçirib

24 yanvar 2025 | 14:28

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 23 yanvar 2025-ci il tarixdə Muradlı kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən kənddə tibb məntəqəsi üçün binanın tikintisi, kəndin elektrik, təbii qaz təchizatının yaxşılaşdırılması, əkin sahəsinə gedən suvarma arxının lildən təmizlənməsi, işlə təminatlabağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər