Ağsu RİH başçısı 23 oktyabr 2024-cü il tarixdə Çaparlı kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 23 oktyabr 2024-cü il tarixdə Çaparlı kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən kənddaxili avtomobil yolunun təmiri, içməli su, elektrik, təbii qaz ilə təchizatının yaxşılaşdırılması, pambıq əkini üçün şərait yaradılması, bir sıra sakinlərin işlə təminatı ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.