Ağsu RİH başçısı 22 yanvar 2025-ci il tarixdə Pirhəsənli kəndində səyyar qəbul keçirib
23 yanvar 2025 | 12:21
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 22 yanvar 2025-ci il tarixdə Pirhəsənli kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən Pirhəsənli kənd uşaq bağçasının fəaliyyətə başlaması, təbii qaz və elektrik enerjisi ilə təçhizatın yaxşılaşdırılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərininbir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.