Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 22 noyabr 2024-cü il tarixdə Maşadqanlı və Rəhimli kəndlərində səyyar qəbul keçirib

23 noyabr 2024 | 15:34

       Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 22 noyabr 2024-cü il tarixdə Maşadqanlı və Rəhimli kəndlərində səyyar qəbul keçirib.
   Səyyar qəbulda vətəndaşlar tərəfindən kənddaxili avtomobil yollarının təmiri, torpaq məsələləri, əkin sahələrində ziyanvericilərin zərərsizləşdirilməsi, suvarma suyu, elektrik, internet təchizatın yaxşılaşdırılması, bir sıra sakinlərin işlə təminatı, maddi köməklik göstərilməsi, ünvanlı dövlət sosial yardımının təyini ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
       Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər