Ağsu RİH başçısı 22 fevral 2024-cü il tarixdə Bozavand kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 22 fevral 2024-cü il tarixdə Bozavand kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən kənddə uşaq bağçası üçün yeni binanın tikilməsi, içməli və suvarma suyu, elektrik, internet, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, torpaq məsələləri, bir sıra sakinlərin işlə təminatı, ünvanlı dövlət sosial yardımı, maddi yardım verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.