Ağsu RİH başçısı 20.06.2024-cü il tarixdə Qasımbəyli və Ərəbmehdibəy kəndlərinin sakinləri üçün səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 20.06.2024-cü il tarixdə Qasımbəyli və Ərəbmehdibəy kənd sakinləri üçün səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən Ərəbmehdibəy kəndində poçt məntəqəsinin fəaliyyət göstərməsi, taxıl biçini üçün kombayınların təşkil olunması, Qasımbəyli kəndində daxili yolların təmiri, Girdiman çayında kəndin mühafizəsi məqsədilə sahilbəndvurma işlərinin görülməsi, suvarma arxlarının təmizlənməsi, internet xidməti, içməli su, təbii qaz, elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması, bir sıra sakinlərin işlə və özünüməşğulluq proqramı çərçivəsində mal-qara ilə təminatı, ünvanlı dövlət sosial yardımı təyini, maddi köməklik olunması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.