Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 20.05.2026-cı il tarixdə Ağabəyli kəndində səyyar qəbul keçirib

21 may 2026 | 17:46

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 20.05.2026-cı il tarixdə Ağabəyli kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik və təbii qaz təchizatının yaxşılaşdırılması, səhiyyə müəssisəsinin ixtisaslı tibb işçisi ilə təmin olunması, qarşıdan gələn taxıl biçini mövsümü zamanı kombaynlarla təminat, işlə təmin olunma və maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaş müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər