Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 20.05.2025-ci il tarixdə Cəfərli və Ağabəyli kəndlərində səyyar qəbul keçirib

21 may 2025 | 16:07

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 20.05.2025-ci il tarixdə Cəfərli və Ağabəyli kəndlərində səyyar qəbullar keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən kəndlərdə elektrik və təbii qaz təchizatının yaxşılaşdırılması, suvarma kanalının lildən təmizlənməsi, vətəndaşların müayinə məqsədilə səyyar həkim briqadasının göndərilməsi, ixtisaslı həkim çatışmazlığı, ünvanlı dövlət sosial yardımın verilməsi, işlə təminatla bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər