Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 19.03.2026-cı il tarixdə Kalva kəndində səyyar qəbul keçirib

20 mart 2026 | 18:38

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 19.03.2026-cı il tarixdə Kalva kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması, Kalva kəndinin giriş avtomobil yolu boyunca təmizlik və abadlıq işlərinin görülməsi, əlillik təyin olunması, həyətyanı torpaq sahəsinin ayrılması, işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaş müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər