Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 19 mart 2025-ci il tarixdə Çiyni və Qaraqoyunlu kəndlərində səyyar qəbul keçirib

19 mart 2025 | 20:24

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 19 mart 2025-ci il tarixdə Çiyni və Qaraqoyunlu kəndlərində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən içməli su, elektrik, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, bir sıra sakinlərin işlə təminatı, ünvanlı dövlət sosial yardımı, maddi yardım verilməsi, səhiyyə məsələləri, mənzillə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər