Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 19 fevral 2025-ci il tarixdə Padarqışlaq və Bico kəndlərində səyyar qəbul keçirib

20 fevral 2025 | 17:39

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov millət vəkili Elçin Mirzəbəylinin, hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 19 fevral 2025-ci il tarixdə Padarqışlaq və Bico kəndlərində səyyar qəbul keçirib.
     Səyyar qəbullarda vətəndaşlar tərəfindən Padarqışlaq kənd tam orta məktəbi və kənd tibb məntəqəsi üçün yeni binaların tikintisi, Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun, eləcə də kənddaxili avtomobil yollarının təmiri, kəndlərin elektrik və içməli su təchizatının yaxşılaşdırılması, bir sıra sakinlərin fərdi yaşayış evlərinin təmiri, işlə təminat, maddi köməklik göstərilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər