Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 18.12.2025-ci il tarixdə Gəgəli kəndində səyyar qəbul keçirib

19 dekabr 2025 | 17:06

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 18.12.2025-ci il tarixdə Gəgəli kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun və Gəgəli kəndinin giriş yolunun təmiri, ixtisaslı həkim çatışmazlığı, torpaq məsələləri, elektrik enerjisi, içməli və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər