Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 18.12.2024-cü il tarixdə Qaraqaşlı kəndində səyyar qəbul keçirib

19 dekabr 2024 | 15:32

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 18.12.2024-cü il tarixdə Qaraqaşlı kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən kənddaxili avtomobil yolunun təmiri, təbii qaz və suvarma suyu ilə təçhizatın yaxşılaşdırılması, ünvanlı dövlət sosial yardımın verilməsi, işlə təminat, kəndin əkin sahələrində ziyanvericilərin zərərsizləşdirilməsi, bir sıra sakinlərə maddi yardım təyini ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər