Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 18 iyun 2025-ci il tarixdə Qaradağ kəndində səyyar qəbul keçirib

19 iyun 2025 | 16:15

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 18 iyun 2025-ci il tarixdə Qaradağ kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən "Ağsuçay" çayı yatağının kənarlarına sel təhlukəsizliyi məqsədilə beton svayların quraşdırılması, taxıl biçini ilə əlaqədar Qaradağ kəndində kombaynların təşkil edilməsi, kəndin elektrik, təbii qaz təchizatının yaxşılaşdırılması, həyətyanı sahələrə gedən suvarma arxının lildən təmizlənməsi, maddi yardım, işlə təminatla bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər