Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 17.12.2025-ci il tarixdə Ağarx kəndində səyyar qəbul keçirib

18 dekabr 2025 | 14:29

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 17.12.2025-ci il tarixdə Ağarx kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Ağsu-Rəhimli-Qaradağ avtomobil yolunun Ağarx kəndi ərazisindən keçən hissəsinə sürət həddinin müəyyənləşdirilməsi, suvarma arxlarının lildən təmizlənməsi, elektrik enerjisi, təbii qaz və içməli su təchizatının yaxşılaşdırılması, maddi yardım ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər