Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 17 oktyabr 2024-cü il tarixdə Ağsu şəhərində səyyar qəbul keçirib

18 oktyabr 2024 | 15:12

    Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 17 oktyabr 2024-cü il tarixdə Ağsu şəhər A.Nadirov adına 1 saylı məktəb-liseyin akt zalında Ağsu şəhər, Qaraməmmədli və Navahı kənd sakinləri üçün səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik, içməli su ilə təchizatın yaxşılaşdırılması, şəhər və kənd daxili avtomobil yollarının asfaltlaşdırılması, fərdi yaşayış evinə kanalizasiya xəttinin çəkilişi, kəndlərdə suvarma arxlarının lildən təmizlənməsi, bir sıra sakinlərin həyətyani torpaq sahəsi və işlə təminatı, ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər