Ağsu RİH başçısı 17 iyul 2025-ci il tarixdə Nuran kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 17 iyul 2025-ci il tarixdə Nuran kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən Nuran kəndinin elektrik, təbii qaz, içməli su təchizatının yaxşılaşdırılması, kəndin giriş avtomobil yolunun təmiri, internet xəttinin çəkilməsi, mənzil və işlə təminatla bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







