Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 16.09.2026-cı il tarixdə Xatman kəndində səyyar qəbul keçirib

18 sentyabr 2026 | 15:56

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 16.09.2026-cı il tarixdə Xatman kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik və içməli su təchizatının yaxşılaşdırılması, avtomobil yollarının təmiri, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaş müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər