Ağsu RİH başçısı 15 yanvar 2025-ci il tarixdə Ərəbuşağı kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 15 yanvar 2025-ci il tarixdə Ərəbuşağı kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən Ərəbuşağı və Ağalarbəyli kəndlərinin giriş avtomobil yolunun asfaltlaşdırılması, suvarma suyu, elektrik və təbii qaz təchizatının yaxşılaşdırılması, kəndə yaxın əraziyə toplanmış məişət tullantılarının zərərsizləşdirilməsi, eləcə də işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.