Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 15 noyabr 2024-cü il tarixdə Keşdiməz kəndində səyyar qəbul keçirib

16 noyabr 2024 | 15:19

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 15 noyabr 2024-cü il tarixdə Keşdiməz kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən kənddaxili avtomobil yolunun təmiri, əkin sahələrinin ziyanvericilərdən təmizlənməsi, içməli su, elektrik, təbii qaz ilə təchizatının yaxşılaşdırılması, ünvanlı dövlət sosial yardımının təyini, eləcə də işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər