Ağsu RİH başçısı 14 mart 2024-cü il tarixdə Qaraqoyunlu kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 14 mart 2024-cü il tarixdə Qaraqoyunlu kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən kəndin yeni asfaltlaşdırılmış avtomobil yolunun kənarlarının şeben materialı ilə üzlənməsi, içməli su, elektrik, internet, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, bir sıra sakinlərin işlə təminatı, ünvanlı dövlət sosial yardımı, maddi yardım verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.