Ağsu RİH başçısı 13 iyun 2024-cü il tarixdə Xəlilli və Mustafalı kənd sakinləri üçün səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 13 iyun 2024-cü il tarixdə Xəlilli və Mustafalı kənd sakinləri üçün səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən tibb məntəqəsi üçün yeni binanın tikilməsi, suvarma arxlarının təmizlənməsi, internet xidməti, içməli su, təbii qaz, elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması, bir sıra sakinlərin işlə təminatı, ünvanlı dövlət sosial yardımı təyini, maddi köməklik olunması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.