Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 12.11.2026-cı il tarixdə Gəgəli kəndində səyyar qəbul keçirib

14 noyabr 2026 | 13:51

    Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 12.11.2026-cı il tarixdə Gəgəli kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması, mövcud içməli su şəbəkəsinin sayğaclaşdırılması, ixtisaslı həkim çatışmazlığı, əlillik və ünvanlı dövlət sosial yardımı təyini, kəndin giriş və daxili avtomobil yollarının təmiri, torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi və sənədləşdirilməsi, suvarma arxının lildən təmizlənməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaş müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər