Ağsu RİH başçısı 11.12.2025-ci il tarixdə Ağsu şəhərində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 11.12.2025-ci il tarixdə Ağsu şəhərində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən 2 saylı tam orta məktəbin binasının təmiri, şəhərin bir sıra küçələrinin təmiri, abadlıq-quruculuq işlərinin görülməsi, bir sıra sakinlərin işlə təminatı, ünvanlı dövlət sosial yardımı təyini ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







