Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 11.06.2026-cı il tarixdə Qaradağ və Qarabağlı kəndlərində səyyar qəbullar keçirib

12 iyun 2026 | 17:24

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonunun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 11.06.2026-cı il tarixdə Qaradağ və Qarabağlı kəndlərində səyyar qəbullar keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik və içməli su təchizatının yaxşılaşdırılması, Qaradağ kəndi ərazisində Ağsu çay yatağının kənarlarına sel təhlukəsizliyi məqsədilə beton svayların quraşdırılması, suvarma kanallarının təmiri və lildən təmizlənməsi, taxıl biçini mövsümü zamanı kombaynla təmin olunma, özünüməşğulluq proqramı çərçivəsində mal-qara verilməsi, maddi yardım edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər