Ağsu RİH başçısı 11 sentyabr 2025-ci il tarixdə Ərəbsarvan kəndində səyyar qəbul keçirib
12 sentyabr 2025 | 16:41
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 11 sentyabr 2025-ci il tarixdə Ərəbsarvan kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən kənddaxili avtomobil yollarının asfaltlaşdırılması, içməli və suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, işlə təminatla bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







