Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 11 sentyabr 2024-cü il tarixdə Padar kənd sakinləri üçün səyyar qəbul keçirib

12 sentyabr 2024 | 16:11

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 11 sentyabr 2024-cü il tarixdə Padar kənd sakinləri üçün səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Padar kəndində uşaq bağçasının tikilməsi, kəndin giriş avtomobil yolunun təmiri, suvarma suyu, internet, elektrik, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, sel sularından mühafizə məqsədi ilə Girdiman çayında sahilbərkitmə işlərinin görülməsi, bir sıra sakinlərin işlə təminatı, ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər