Ağsu RİH başçısı 10.12.2025-ci il tarixdə Çiyni kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 10.12.2025-ci il tarixdə Çiyni kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən bir sıra sakinlərin işlə təminatı, ünvanlı dövlət sosial yardımı, maddi yardım verilməsi, səhiyyə məsələləri, fərdi yaşayış evinin təmiri, vətəndaşlara verilmiş torpaqların elektron xəritəsini dəqiqləşdirilməsi, əkin sahəsinə gedən yolun üzərinə suötrücü borunun quraşdırılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







