Ağsu RİH başçısı 10.09.2026-cı il tarixdə Padar kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 10.09.2026-cı il tarixdə Padar kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik və təbii qaz təchizatının yaxşılaşdırılması, avtomobil yollarının təmiri, Girdiman çayında sel mühafizə bəndlərinin bərpası ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaş müraciətlərinin bir qismii yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







