Ağsu RİH başçısı 10.04.2026-cı il tarixdə Padarqışlaq kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 10.04.2026-cı il tarixdə Padarqışlaq kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən kənd daxili yolların təmiri, suvarma kanallarının bərpası, kəndin örüş torpaq sahəsinin zəbt olunması, sakinlərə məxsus həyətlərə daxil olan qrunt sularının qarşısının alınması, ödəniş terminalının quraşdırılması, Padarqışlaq kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaş müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







