Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 10 iyul 2024-cü il tarixdə Dilman kəndində səyyar qəbul keçirib

11 iyul 2024 | 17:12

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 10 iyul 2024-cü il tarixdə Dilman kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən kənddaxili avtomobil yollarının təmiri, taxıl biçini ilə əlaqədar kəndə kombayın göndərilməsi, içməli su, elektrik, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, bir sıra sakinlərin fərdi yaşayış evlərinin təmiri, işlə təminatı, ünvanlı dövlət sosial yardımının təyini ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər