Ağsu RİH başçısı 09 sentyabr 2025-ci il tarixdə Dilman kəndində səyyar qəbul keçirib
10 sentyabr 2025 | 17:36
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 09 sentyabr 2025-ci il tarixdə Dilman kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən içməli su, elektrik, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, bir sıra sakinlərin fərdi yaşayış evlərinin təmiri ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







