Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 09 oktyabr 2024-cü il tarixdə Göydəlləkli və Qaravəlli kəndlərində səyyar qəbul keçirib

10 oktyabr 2024 | 15:17

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 09 oktyabr 2024-cü il tarixdə Göydəlləkli və Qaravəlli kəndlərində səyyar qəbullar keçirib.
     Səyyar qəbullarda vətəndaşlar tərəfindən Növcü-Qaravəlli avtomobil yolunun asfaltlaşdırılması, Qaravəlli kənd ümumi orta məktəbində bir sıra fənn müəllimlərinin çatışmazlığı, həyətyanı torpaq sahəsinin ayrılması, içməli və suvarma suyu, elektrik, təbii qaz ilə təchizatın yaxşılaşdırılması, bir sıra sakinlərin fərdi yaşayış evlərinin təmiri, işlə təminat, maddi köməklik göstərilməsi, ünvanlı dövlət sosial yardımının təyini ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər