Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 09 iyul 2025-ci il tarixdə Sanqalan kəndində səyyar qəbul keçirib

10 iyul 2025 | 17:43

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 09 iyul 2025-ci il tarixdə Sanqalan kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Sanqalan kəndində subartezian quyusunun təmiri, kəndin internet, içməli su, elektrik, təbii qaz təchizatının yaxşılaşdırılması, mənzil və işlə təminat, taxıl sahələri üçün kənd təsərrüfatı texnikasının ayrılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
     Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər