Ağsu RİH başçısı 08.01.2026-cı il tarixdə Ləngəbiz kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 08.01.2026-cı il tarixdə Ləngəbiz kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin ayrılması, içməli və suvarma suyu, elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması, işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







