Ağsu RİH başçısı 08 yanvar 2025-ci il tarixdə Gəgəli kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 08 yanvar 2025-ci il tarixdə Gəgəli kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən kənddə tibb məntəqəsi üçün binanın tikintisi, Ağsu-Çaparlı-Bağırlı magistral avtomobil yolunun və həmin yoldan ayrılan Gəgəli kəndinin giriş yolunun təmiri, kəndin elektrik, təbii qaz təchizatının yaxşılaşdırılması, suvarma arxına suötürücü borunun quraşdırılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.