Ağsu RİH başçısı 07.08.2026-cı il tarixdə Nüydü və Dilman kəndlərində səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 07.08.2026-cı il tarixdə Nüydü və Dilman kəndlərində səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə elektrik və içməli su təchizatının yaxşılaşdırılması, fərdi yaşayış evlərinin təmiri və sənədləşdirilməsi, kənddaxili yolların təmiri ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaş müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







