Ağsu RİH başçısı 07.08.2025-ci il tarixdə Padar və Yenilik kəndlərində səyyar qəbullar keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov 07.08.2025-ci il tarixdə hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Padar və Yenilik kəndlərində səyyar qəbullar keçirib.
Səyyar qəbullarda vətəndaşlar tərəfindən kəndlərdə elektrik və təbii qaz təchizatının yaxşılaşdırılması, uşaq bağçası üçün binanın tikintisi, suvarma arxlarının lildən təmizlənməsi, Girdiman çayında sahil-mühafizə bəndlərinin bərpası, işlə təminat, ünvanlı dövlət sosial yardımın verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin əksəriyyəti yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







