Ağsu RİH başçısı 07.07.2026-cı il tarixdə Nuran kəndində səyyar qəbul keçirib
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 07.07.2026-cı il tarixdə Nuran kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda vətəndaşlar tərəfindən elektrik təchizatının yaxşılaşdırılması, Nuran-Zərqava (4 km) və Ağsu-Xanbulaq-Nuran (27 km) avtomobil yollarının təmiri, torpaq sahəsinin sənədləşdirilməsi, işlə təmin olunma ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaş müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.







