Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu RİH başçısı 07.01.2026-cı il tarixdə Qəşəd kəndində səyyar qəbul keçirib

08 yanvar 2026 | 19:22

     Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 07.01.2026-cı il tarixdə Qəşəd kəndində səyyar qəbul keçirib.
     Səyyar qəbulda vətəndaşlar tərəfindən Ağsu-Çaparlı-Göylər avtomobil yolunun, eləcə də Qəşəd kəndinin giriş və daxili avtomobil yollarının təmiri, fərdi yaşayış evi tikintisi, həmçinin kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin ayrılması, işlə təminat ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
      Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər